Torontoda avtomobillə piyadaları əzən Alek Minasyana qarşı adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.
Məlumata görə, ona qarşı adamöldürmə maddəsi üzrə 10 ittiham, adam öldürməyə cəhd maddəsi ilə 13 ittiham irəli sürülüb.
Minasyanın girov müqabilində azad edilməsi məsələsinə mayın 10-da Toronto məhkəməsində baxılacaq. CNN-nin məlumatına görə, cinayətkar məhkəməyə ağ məhbus kombinezonunda qandallanmış şəkildə gətirilib. O, səslənən ittihamı sakit şəkildə dinləyib.
Xatırladaq ki, Minasyanın ötən gün Yan küçəsində idarəetdiyi furqonu piyadaların üzərinə sürməsi nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.