Türkiyənin cənub-şərqində, Şırnak vilayətinin Bestler-Dereler bölgəsindəki hərbi hissəyə silahlı hücum olub.
ÇıxışYolu.Com məlumat verir ki, hücum nəticəsində üç türk hərbçi ölüb, biri yaralanıb.
Hərbi hissəyə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.
İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com