4d27df31-740f-4a08-8bf9-0f3d6beb51a8..jpg

Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər

Baxış sayı: 481 dəfə baxılıb.

Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən
uşağın üstünə sürüblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crocus City Hall”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra
oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.

Bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan
uşağının anası məlumat verib.

Qadın bildirib ki, terrorçular ağ rəngli “Renault” markalı avtomobildə olublar.

“Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq
kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, – qadın
bildirib.

Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib
ki, uşağa xəsarət yetirsin.

Mənbə: İzvestiya

Source link