3efd591a-6cbb-4ed7-b870-ac3f8fb28dcd..jpg

Terrorçunun Fransadan Ermənistana uzanan yolu: Muzdlulardan istifadə İFŞA OLUNDU – VİDEO

Baxış sayı: 711 dəfə baxılıb.

Terrorçunun Fransadan Ermənistana uzanan yolu: Muzdlulardan istifadə İFŞA
OLUNDU – VİDEO

Ermənistanın müharibə zamanı muzdlu terrorçulardan istifadə etməsini
təsdiqləyən faktlar ifşa olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin İctimaiyyətlə
əlaqələr və sosial media şöbəsinin məlumatına görə, ermənilərin muzdlulardan
istifadəsini mərkəzi ofisi Strasburqda yerləşən Avropa Televiziya Assosiasiyası
– ARTE televiziya kanalı terroru və terrorçunu təşviq edən reportajı ilə
təsdiqləyib.

Fransa və Almaniyanın ARTE ortaq televiziya kanalı Parisin beynəlxalq hüquq
normalarını kobud şəkildə pozaraq terroru, münaqişəni, işğalı dəstəklədiyini
təsdiqləyən reportaj yayıb. 1992-ci ildən fəaliyyət göstərən ARTE terrorçunu
təşviq edən “Ermənistan: polkovnikin 4 müharibəsi” reportajının dırnaqarası
qəhrəmanı Jilbert Minasyandır. Özünü 100 faiz fransız, erməni və marselli hesab
etdyini deyən Jilbert ötən əsrin 80-ci illərinin sonunda guya əcdadlarının
məzarlarını tapmaq üçün Fransaya qaçıb. Reportajda inkar etsə də, Marselə
gəldikdən sonra oğurluq əməlinə görə ittiham olunub.

Bundan sonra Minasyan Azərbaycana qarşı döyüşmək üçün Fransadan Ermənistana
gedib. O, reportajda etiraf edir ki, 30 ildən çox müddətdə dostu Hovses
Hovsepyanla birgə Ermənistanın apardığı müharibənin iştirakçısı olub. O, burada
universitet müəllimi və döyüşçü Leopnis Azqalyanla tanış olub və onlar birlikdə
“Azadlıq ordusu” yaradıblar.

Minasyan dostu Azqalyanın ölümündən sonra dəstəyə rəhbərlik edib. Uzun
illərdən sonra isə yenidən Marselə qayıdıb. Reportajda bildirir ki, Ermənistan
ordusunun ehtiyatda olan polkovnikidir. Guya müharibənin əleyhinə olsa da,
özünü və xalqını dırnaqarası qorumağa məcburdur.

Daha ətraflı süjetdə:


Source link