“Tesla” “Cybertruck” üçün 146 min sifariş alıb

Baxış sayı: 2. 289 dəfə baxılıb.

“Tesla” “Cybertruck” üçün 146 min sifariş alıb

“Tesla” noyabrın 21-də Los-Ancelesdə təqdimatı keçirilən “Cybertruck” yeni elektrik pikapı üçün artıq 146 min sifariş alıb.

Bu barədə “Tesla”nın baş direktoru İlon Mask özünün “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, bu qədər sifarişi heç bir reklam kampaniyası aparmadan alıb.

Müştərilərin ilk pikapları 2021-ci ilin əvvəlində alacaqları gözlənilir.

Xatırladaq ki, təqdimat mərasimində tamaşaçılara trapesiya formalı zirehli avtomobil nümayiş etdirilib və bildirilib ki, onun dəyəri 39,9 min dollardan başlayacaq.