ABŞ-ın Texas ştatı sahillərində siklon tropik qasırğa səviyyəsinə çatıb.
“RİA “Novosti” xəbər verir ki, mövsümün on birinci qasırğasına “İmelda” adı verilib.
O çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb.
Tropik qasırğa saatda 11 kilometr sürəti ilə şimala doğru irəliləyir, küləyin ən yüksək gücü saatda 55 kilometrə çatır.
Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən isə 90 kilometr məsafədədir.
Qasırğa Texasın və Luiziananın sahilyanı ərazilərinə güçlü yağışlar gətirəcək.