dfbc9adc-b1e7-4d33-ae3c-a869c3b01bb8..jpg

Texnika və artilleriya qurğuları həyəcan siqnalı ilə döyüş tətbiqinə hazırlandı – Təlimdən VİDEO

Baxış sayı: 363 dəfə baxılıb.

Texnika və artilleriya qurğuları həyəcan siqnalı ilə döyüş tətbiqinə
hazırlandı – Təlimdən VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar
Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki
məşğələlər uğurla icra olunur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən
cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş
mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun
olaraq yerinə yetirilir.

Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması,
bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi
məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş
etdirirlər.


Source link