Teylor Svift Elvis Preslinin rekordunu qırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Teylor Svift “Billboard 200” çartının zirvəsində ən çox qalan ifaçı olub.
O, Elvis Preslinin uzunmüddətlilik rekordunu qırıb.
Svift 68 həftədir ki, Preslidən bir həftə çox olmaqla siyahıda birinci olub.
Qeyd edək ki, Sviftin rekordu yalnız solo sənətçilər üçün keçərlidir. Mütləq
rekord isə hələ də albomları “Billboard 200”ün zirvəsində 132 həftə qalan “The
Beatles”a məxsusdur.
Mənbə: daily.afisha.ru