a95e0492-9c26-4b06-a19d-6d7b01c758d6..jpg

Teylor Sviftin turu “Ginnesin Rekordlar Kitabı”na düşüb

Baxış sayı: 357 dəfə baxılıb.

Teylor Sviftin turu “Ginnesin Rekordlar Kitabı”na düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teylor Sviftin “The Eras” dünya turu bütün zamanların ən çox gəlir gətirən
turu olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Məlumata görə, turun gəliri bir milyard dolları ötərək Elton Conun beş il
ərzində dünya üzrə vida konsertləri verdiyi vaxt vurduğu rekordunu (939 milyon
dollar) üstələyib.

Teylor Sviftin “The Eras” turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin
dekabrında başa çatacaq.

Qeyd edək ki, Sviftin konsert turu Beyonsun “Renessans” adlı iki dünya
turundan iki dəfə çox gəlir əldə edib.

Mənbə: gazeta.ru

Source link