8b3faacb-ffb2-4bb6-9ded-a4f9928d6167..jpg

Teymur Musayev: “Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır”

Baxış sayı: 383 dəfə baxılıb.

Teymur Musayev: “Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni
qaydalar hazırlanır”

“Əhalinin daha geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar
işlənib-hazırlanır. Yaxın zamanda bu barədə ictimaiyyətə məlumat verəcək”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev bu gün
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün
“Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, əhalinin sağlam inkişafı üçün zəruri addımlar atılır:

“Gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığını və keyfiyyətli xidməti
artırmaq üçün icbari tibbi sığorta sistemi təkmilləşdiriləcək.

Bu işdə Səhiyyə Nazirliyi, İTSDA və Azərbaycan Sığortaçılar Assosiasiyası
arasında danışıqlar gedir. İlkin mərhələdə müsbət nəticələr əldə edilib. Məqsəd
ölkə əhalisinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsidir. İnanıram ki,
vətəndaşlara təqdim edilən yeni “Xidmətlər zərfi” hər kəs üçün daha rahat
olacaq”.

Könül Cəfərli

Source link