9f4b22b8-c690-4022-b7a5-fc601b65927e..jpg

Teymur Rəcəbov blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış etdi

Baxış sayı: 532 dəfə baxılıb.

Teymur Rəcəbov blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil
olunan “Tata Steel Chess” turnirində blits üzrə mübarizənin ilk günündə uğursuz
çıxış edib.

“Report” xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi doqquz oyunun 1-də
qələbə qazanıb, 2-də heç-heçə edib, 6-da isə uduzub.

Beləliklə, Rəcəbov ilk günü iki xalla sonuncu pillədə başa vurub. Blitsdə
mükafatçılarının siyahısı sabah müəyyənləşəcək.

Qeyd edək ki, milli komandanın üzvü rapid üzrə mübarizəni 5,5 xalla ikinci
başa vurmuşdu. Yarışda Teymur Rəcəbov ilə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa),
Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit,
Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş
(hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparır.

Source link