8cd739a2-d044-4763-a92c-2916ee8f60af..jpg

“The Beatles” qrupu üzvlərinin çəkdiyi şəkil hərracda 1,74 milyon dollara satıldı – FOTO

Baxış sayı: 447 dəfə baxılıb.

“The Beatles” qrupu üzvlərinin çəkdiyi şəkil hərracda 1,74 milyon dollara
satıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın dünyaca məşhur “The Beatles” rok qrupunun üzvlərinin
çəkdikləri tablo hərracda 1,74 milyon dollara (2,9 milyon AZN) satılıb.

Bildirilir ki, tablo qrupun 1966-cı ildə Yaponiyada konsert turu zamanı
çəkilib. Rəsm abstraksionizm üslubunda işlənib. Əsər ənənəvi yapon kağızı
“vaşi”də həkk olunub.

Mənbənin sözlərinə görə, həmin günlərdə rok qrupunun üzvləri təhlükəsizlik
səbəbi ilə konsertlərdən asudə vaxtlarında daim hoteldə qalmağa məcbur olublar.
Bu onları qrupun bütün üzvlərinin avtoqrafının yer aldığı birgə şəkil çəkməyə
vadar edib. Sonralar rəsm “Qadın obrazları” adlandırılıb.

Mənbə: Yomiuri

Source link