7a34c86b-d690-47b0-a96b-29a9fd96abb7..jpg

“The Beatles”ın son mahnısı işıq üzü görəcək – FOTO

Baxış sayı: 447 dəfə baxılıb.

“The Beatles”ın son mahnısı işıq üzü görəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “The Beatles” rok qrupunun son mahnısı tezliklə işıq üzü görəcək.

Qrupun rəsmi saytında bildirilir ki, “Now and then” adlanan bəstə noyabrın
2-də London vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 18:00-da) yayım
platformalarında səslənəcək.

Mahnını 1970-ci illərdə Con Lennon yazıb və ifa edib. Təxminən əlli il sonra
qrupun hazırda yaşayan iki üzvü – Pol Makkartni və Rinqo Starr musiqi parçasına
yeni nəfəs verib.

Kifayət qədər keyfiyyətsiz bir kasetdə yazılmış mahnı əslində süni
intellektdən istifadə edilərək yenidən bərpa olunub.

Mənbə: m24.ru

Source link