02597b65-f745-42b4-94ca-0b67c730bc65..jpg

“The Guardian”: “Azərbaycan COP29 sammiti ilə sülhə çağırış edəcək”

Baxış sayı: 636 dəfə baxılıb.

“The Guardian”: “Azərbaycan COP29 sammiti ilə sülhə çağırış edəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda keçiriləcək builki COP29 ekoloji konfransının təşkilatçıları ümid
edirlər ki, ekoloji problemlər üzrə əməkdaşlıq qlobal gərginliyi azaltmağa
kömək edəcək.

Bu barədə Britaniyanın nüfuzlu “The Guardian” nəşrində dərc edilən məqalədə

bildirlib.

Qeyd olunub ki, builki COP29 BMT-nin iqlim sammiti təşkilatçılar tərəfindən
tərtib edilmiş planlara uyğun olaraq, iqlim dəyişikliyi nəticəsində yarana
biləcək gələcək münaqişələrin qarşısının alınmasına və mövcud gərginliyi
azaltmaq üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlıqdan istifadəyə diqqət
yetirən ilk “Sülh COP-u” olacaq.

“Azərbaycanın ev sahibliyi edəcəyi COP29 zamanı dünya ölkələrindən Yay və Qış
Olimpiya Oyunlarında olduğu kimi bütün hərbi əməliyyatların dayandırmaq və
barışığa riayət etmək tələb oluna bilər.

Belə ki, tədbir iki böyük müharibənin – Ukrayna və Qəzza zolağındakı
münaqişənin tüğyan etdiyi və geosiyasi gərginliyi daha da artırdığı bir vaxtda
keçiriləcək. 196 hökuməti bir araya gətirəcəyi gözlənilən iqlim sammitdə qlobal
istiləşmə ilə bağlı təcili həll zərurətini hiss edən ölkələr arasında ümumi dil
tapılarsa, bu, sülhün mühərrikinə çevrilə bilər”, – məqalədə vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu yaxınlara qədər Azərbaycan qonşu Ermənistanla 30 ilə
yaxındır davam edən münaqişə şəraitində olub. Hazırda isə ölkələr arasında
normallaşma prosesi gedir. Bununla belə, bəzi mübahisələr hələ də davam edir.

Bildirilir ki, keçən ilin dekabrında Dubayda keçirilən COP28 iqlim sammitində
Ermənistan Azərbaycanın bu il iqlim konfransına ev sahibliyi etmək
kampaniyasını dəstəkləyib ki, bu da iki uzunmüddətli antaqonist tərəf arasında
ilk beynəlxalq dəstək jesti olub.

Source link