9ca75954-d2e0-46f0-afee-ffc8acee7025..jpg

“The Guardian”: “Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün heç bir hüquqi əsasları yoxdur”

Baxış sayı: 389 dəfə baxılıb.

“The Guardian”: “Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün heç
bir hüquqi əsasları yoxdur”

“Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olması Avropa və beynəlxalq
ictimaiyyət üçün heç bir zaman sual doğurmayıb”.

Bu barədə “The Guardian”da dərc olunan məqalədə qeyd olunub.

“Qarabağın Azərbaycanın rəsmi şəkildə tanınan sərhədləri daxilində
yerləşdiyinə dair heç bir şübhə yoxdur. Avropa və beynəlxalq ictimaiyyət bunu
heç vaxt şübhə altına almayıb. Ukraynadakı müharibə isə suverenlik və ərazi
bütövlüyünün beynəlxalq hüququn dayaq nöqtələri kimi əhəmiyyətini bir daha
vurğuladı. Beləliklə, Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün
heç bir hüquqi əsasları yoxdur”, – deyə məqalədə bildirilib.

Nəşrdə o da vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev heç kimə regionu
tərk etməyi əmr etməyib. Əksinə, silahlarını yerə qoyan və Azərbaycanın ərazi
bütövlüyünü tanıyan Qarabağ ermənilərinə vətəndaşlığın verilməsi təklif olunub.

Source link