2a6aa777-47b5-47c8-a4a5-ee68f8f6fc73..jpg

“The National Interest”: “Hindistan Ermənistan üçün əsas silah tədarükçüsünə çevrilib”

Baxış sayı: 474 dəfə baxılıb.

“The National Interest”: “Hindistan Ermənistan üçün əsas silah tədarükçüsünə
çevrilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib”.

Bu barədə “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyindəki
mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş
sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları
və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.

Mənbənin sözlərinə görə, Ermənistan daha çox müdafiə sövdələşmələrində, o
cümlədən pilotsuz uçuş aparatları və dronlarla mübarizə sistemləri, patrul
sursatları və orta mənzilli “torpaq-hava” sinifli raketlərin əldə edilməsində
maraqlıdır.

Məqalədə qeyd olunur ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla
əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni
dəyişikliklərin tərkib hissəsidir.

“Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın 2021-ci ilin
oktyabrında İrəvana səfəri tarixidir, çünki bu, XİN rəhbərinin son 30 ildə
Ermənistana ilk belə səfəridir. Bundan əvvəl Baş nazir Narendra Modi Nyu-Yorkda
BMT Baş Assambleyası çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüb və
Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişinin tamamlanmasında İrəvanın
dəstəyini təmin edib.

2022-ci ilin sentyabrında Banqalorda keçirilən Hindistan-Ermənistan
Konfransında hər iki ölkə işgüzar əlaqələri inkişaf etdirmək üçün mədəniyyət,
rəqəmsal infrastruktur və bərpa olunan enerji üzrə anlaşma memorandumları
imzalayıb. Bundan əlavə, Hindistan və Ermənistan arasında beyin mərkəzləri
səviyyəsində əməkdaşlığın yüksəlişini müşahidə etmək olar”, – deyə müəllif
yazır.

Bildirilir ki, Türkiyə və Pakistanın Azərbaycana dəstəyi Hindistan üçün
Ermənistana havadar durmağı daha da vacib edib.

“2017-ci ildə Türkiyə, Azərbaycan və Pakistan arasında müdafiə və strateji
əlaqələrin gücləndirilməsinə dair üçtərəfli saziş imzalanıb. Vurğulayaq ki,
Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəklədiyini bəyan edib, Ermənistan
isə Hindistanı dəstəkləyir”.

Nəşrdə Hindistanın Ermənistanı, həmçinin, Cənubi Qafqazda strateji və iqtisadi
mövcudluğunu genişləndirmək üçün qovşaq kimi gördüyü də vurğulanıb.

“Hindistanın Ermənistanın da bir hissəsi olduğu Beynəlxalq Şimal-Cənub
Dəhlizinə marağı onun İran yaylası (Pakistan və Əfqanıstan tərəfindən
bloklanan) vasitəsilə Avrasiya, Mərkəzi Asiya və Avropa ilə quru əlaqəsi
arzusunda möhkəm köklənib. Bu məqsədlə Hindistan İranın cənub-şərqindəki
Çahbahar limanını Avropa və Avrasiya bazarları ilə birləşdirərək bu dəhlizi
Ermənistana qədər uzatmağa çalışır.

Azərbaycan Pakistan və Türkiyə ilə yaxın olduğu üçün, Ermənistan Hindistan
üçün təbii seçimdir. 2021-ci ilin may ayında İrəvan İran limanlarını Ermənistan
üzərindən Gürcüstan limanları ilə birləşdirəcək İrana alternativ yol barədə
elan edib. Hindistan xarici işlər nazirinin 2021-ci ildəki səfəri zamanı
Ermənistan da Hindistan məhsullarının Ermənistan vasitəsilə Rusiyaya və Qara
dənizə daşınmasına icazə verən sxem təklif edib”, – deyə materialda qeyd olunur.

Jurnalistin fikrincə, qeyd olunanları nəzərə alsaq, hər iki ölkənin güclü
strateji tərəfdaşlığa doğru irəlilədiyi qənaətinə gəlmək olar. Bununla belə,
nəşrin qeyd etdiyi kimi, Azərbaycan Qarabağ üzərində öz nəzarətini tam bərpa
etdikdən sonra Hindistan bu regionda sərmayələri və strateji birləşdirici
layihələri ilə bağlı planlarında tərəddüd edir.

“The National Interest”də vurğulanıb ki, dünya güclərinin Cənubi Qafqazda
artan iştirakı da Hindistan və Ermənistan arasında münasibətlərin strateji
tərəfdaşlığa çevrilməsinə mane ola bilər.

Source link