The Sun: “Liverpul” fanatları korlanmış ayaqyoluna görə baqajsız qaldılar

Baxış sayı: 2. 735 dəfə baxılıb.

“Liverpul”un öz sevimli klubunun “Tottenhem”lə oyununu izləmək üçün Madridə avtobusla yola düşmüş fanatları gözlənilməz problemlə üzləşiblər. 

ÇıxışYolu.ComThe Sun”-a istinadən xəbər verir ki, sıradan çıxmış ayaqyoluna görə, sərnişinlərin avtobusun aşağısında olan, demək olar, bütün baqajı sidiyə batıb.

Qeyd edək ki, “Liverpul” və “Tottenhem”in yüzlərlə azarkeşi Madridə avtobusla yola düşməli olmuşdular. Belə ki, Londondan birbaşa aviareyslərə olan bütün biletlər, demək olar, dərhal satılmışdılar.

Ceymi adlı “Twitter” istifadəçilərindən biri öz klubunu dəstəkləmək üçün “Liverpul” azarkeşlərinin Madridə qədər olan dəhşətli 30 saatlıq səfərindən danışıb.

O, azarkeşlərin öz baqajlarının salamat qalıb-qalmadığını yoxladıqları əks olunan şəkil paylaşıb. 

“80 faiz baqaj sidiyə batmışdı. Xoşbəxtlikdən mənimki qurudu, amma digərlərinin bəxti gətirmədi”, – deyə Ceymi özünün “Twitter” hesabında yazıb.