feb97797-78fe-429c-a083-cf221451d6c9..jpg

“The Wall Street Journal”: “Çin ABŞ-nin sanksiyaları altında olan çiplərlə atom silahları düzəldir”

Baxış sayı: 641 dəfə baxılıb.

“The Wall Street Journal”: “Çin ABŞ-nin sanksiyaları altında olan çiplərlə
atom silahları düzəldir”

“Nüvə silahı ilə bağlı araşdırmalar aparan Çin institutu, sanksiyalara
baxmayaraq, illərdir ABŞ istehsalı olan kompüter çiplərini alır”.

Nüvə silahının hazırlanması ilə məşğul olan və 1997-ci ildən sanksiyalar
altında olan Çin Mühəndis Fizikası Akademiyası ən azı 2020-ci ildən bu yana
“Intel” və “Nvidia” şirkətlərindən yarımkeçirici çiplər əldə edib.

Çiplər elə Çinin özündə vasitəçilərdən alınıb. Söhbət 7-14 nanometr ölçüsündə
çiplərdən gedir ki, Çinin öz gücünə onları kütləvi şəkildə istehsal etməsi
mümkün deyil. Bununla belə, bu çiplər istehlak bazarında geniş şəkildə
mövcuddur və Çində sərbəst şəkildə satılır.

Bu satınalmalar ABŞ tərəfindən xeyli müddət əvvəl tətbiq olunan
məhdudiyyətlərə ziddir. Belə ki, ABŞ xarici dövlətlər tərəfindən atom silahı
tədqiqatları üçün istənilən ABŞ məhsulundan istifadə edilməsinin qarşısının
alınması məqsədilə məhdudiyyətlər tətbiq edib.

Mənbə: “The Wall Street Journal”

Source link