39afe4a2-81ab-4986-ba6e-5abe6f1228ed..jpg

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Baxış sayı: 689 dəfə baxılıb.

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı
dəyişib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən
əlavə haqqın miqdarı dəyişib.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Büdcədən maliyyələşdirilən səhiyyə
işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə edilən
dəyişiklikdə əksini tapıb. Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə
vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və
təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə
görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə
görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən
ödəniləcək.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya
və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı
yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:

a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar
avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisələrinin və
başqa təşkilatların ştatında olan) – saatlıq vəzifə (tarif) maaşının 50 faizi
miqdarında;

b) digər işçilərinə – vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə
ödəniləcək.

İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq,
ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və
s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə,
eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat
müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə
yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər
işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq
ödənilirdi.

Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər
işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və
çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə
əsasən ödənilirdi.

Source link