26e2a3c0-7bd1-441d-865f-75bbb5cc2bf3.jpg

Tibb kapitanı: “Hərbçi yoldaşlarını tək buraxmamaq üçün hospitalı qaçaraq tərk edənlər olmuşdu”

Baxış sayı: 251 dəfə baxılıb.

“Müharibə başlayandan bir neçə gün sonra hərbi hospitalın ərazisi düşmən
tərəfindən artilleriya atəşinə tutuldu. Həmin vaxt bizə mülki həkimlər də
yardıma gəlmişdilər”.

Bunu Cixisyolu.com-a videomüsahibəsində 44 günlük müharibədə Sarıcalı hərbi
hospitalında xidmət edən tibb kapitanı, həkim-travmatoloqCavid İlyaszadə deyib.

“Ən yaddaqalan məqam o idi ki, hospital ərazisinin artilleriya atəşinə
tutulmasına baxmayaraq, heç kim ərazini tərk etmədi və həmin zaman
əməliyyatxanada işimizi davam etdirdik. Gələn yaralıları, əsgərləri israrla
saxlamağımıza baxmayaraq, onların əksəriyyəti döyüş meydanına qayıtmağa
çalışırdı. Öz hərbçi yoldaşlarını tək buraxmamaq üçün hətta hospitalı qaçaraq
tərk edənlər də olmuşdu.

Bizə gələn yaralıların içində zərbə dalğası alan yaralılar olurdu ki, o dalğa
onları olduqları yerdən 10-15 metr kənara atdığı üçün çoxsaylı bədən
xəsarətləri alırdılar. Elə əsgərlər olurdu ki, dördüncü, beşinci dəfə dalğa
zərbəsindən hospitala göndərilməsinə baxmayaraq, yenə də hansısa yolla
hospitalı tərk edib yenidən döyüş meydanına qayıdırdılar – onları saxlamaq və
geri qaytarmaq olmurdu”.

Videomüsahibəni və fotoları təqdim edirik:

Tibb kapitanı: “Hərbçi yoldaşlarını tək buraxmamaq üçün
hospitalı qaçaraq tərk edənlər olmuşdu”
Tibb kapitanı: “Hərbçi yoldaşlarını tək buraxmamaq üçün hospitalı qaçaraq tərk
edənlər olmuşdu”

Əzizə İsmayılova

Source link