Tibb müəssisəsinin sabiq şöbə müdirinə hökm oxunub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Salyan Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış
Abbasova hökm oxunub.
“Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim
Nahid Hüseynov tərəfindən elan olunub.
Sabiq şöbə müdiri iki il müddətə dövlət orqanlarında və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə
beş il üç ay müddətə azadlıqdan məhrum edilib.
Ona təyin olunmuş cəza iki il şərti cəza ilə əvəz olunub.
İttiham aktına əsasən, o, əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif
şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə
dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil edib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz
hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
ittiham irəli sürülüb.