Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin
döyüldüyü deyilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən
birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb.
Onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz
nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub.
E.Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü
məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları
məlumatlandırılıb.
Məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis
müavini Zeyni Hüseynov reaksiya verib.
Z.Hüseynov bildirib ki, fakt icraata qəbul edilib:
“Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.