Tikinti şirkəti ilə bağlı məhkəmə başlayıb, 280-dən çox şəxsə külli məbləğdə
ziyan vurulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tikinti şirkəti – “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar
İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında onların anket məlumatları
dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları”
MMC-nin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov
istintaqa cəlb ediliblər. Onlar rəhbərlik etdikləri şirkətlərdə vətəndaşları
aldatmaqda, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla, əldə edilmiş pulu
dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq –
külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. İş üzrə 9 milyon
manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.