Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Baxış sayı: 2. 699 dəfə baxılıb.

“Gilan İnşaat” tikinti şirkəti “Ziyalılar evi”indən (“Akademiklər evi”) köçürülən sakinlər qarşısındakı öhdəliklərini yerinə yetirməyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə sakinlər Media.Az-a məlumat veriblər.

Onların sözlərinə görə, akademik Şəfayət Mehdiyev küçəsi 16, 546-cı kvartal və Hüseyn Cavid prospekti 26-da yerləşən, daha çox “Ziyalılar evi” kimi tanınan on girişli binanın sakinlərinin köçürülməsi Azərbaycan baş nazirinin 2009-cu il 24 aprel tarixli, 072 nömrəli qərarı ilə 2010-cu ilin fevralında həyata keçirilib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Həmin vaxt köçürülmə, layihələndirilmə və yeni binanın tikintisi ilə bağlı bütün məsələlər Azərbaycan Fövqəladə Hallar Nazirliyinə, yeni binanın tikintisi isə “Gilan İnşaat” şirkətinə tapşırılıb. 

Sakinlər qeyd ediblər ki, Azərbaycan baş nazirinin köçürülmə ilə bağlı qərarı FHN-ə sakinlər qarşısında bəzi öhdəliklər qoyurdu, o cümlədən: yeni binanın layihəsinin hazırlanması, podratçının müəyyən edilməsi və tikinti prosesinə nəzarətin həyata keçirilməsi.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Sakinlərdən biri – E.Əliyev bildirib ki, iki il əvvəl onları bu binaya köçməyə məcbur ediblər, və bu sakinlərin haqlı qəzəbinə səbəb olub. 

“Buraya köçmək istəməməyimə baxmayaraq, bizə dedilər ki, qaldığımız mənzillər artıq satılıb və buranın yeni sahibləri qapıda gözləyir, evi boşaltmaq lazımdır. Təmiri də özümüz etmişik, yeni evə köçün. İstilik sistemi olacaq? Olacaq! İsti su olacaq? Olacaq! Bəs elektrik enerjisi? Elektrik sayğacları ən qısa müddətdə “Azərişıq” tərəfindən quraşdırılacaq. Bəs qaz sayğacları? Quraşdırılıb, qaz olacaq! Su sayğacları? Quraşdırılıb!”, – E.Əliyev deyib və əlavə edib ki, həmin vaxt nə su, nə qaz sayğacları, nə istilik sistemi binada quraşdırılmışdı və həmin vəziyyət bu gün də dəyişməyib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Onun sözlərinə görə, “Gilan İnşaat” rəhbərliyi hər şeyin düzələcəyini, o cümlədən mənzillərin “yaxşı” təmir olunacağını vəd etmişdi.

“İş belə gətirdi ki, iki il əvvəl fevral ayında biz bura köçəndə istilik sistemi və isti suyumuz vardı. İstilik sistemi mövsümü başa çatdıqdan sonra aprel ayında isti su da kəsildi. İsti suyun hansı səbəbdən kəsildiyini soruşanda isə onlar dedilər ki, “Bakqaz” kifayət qədər təzyiq vermir və qazanxananı işə salmaq mümkün olmur”, – E.Əliyev deyib və əlavə edib ki, bu bəyanata baxmayaraq, qonşu binalardakı evlərdə isti su gəlirdi.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

E.Əliyev qeyd edib ki, nəticədə, isti su gəlmədi və sakinlər iki il müddətində evlərə kiçik qazanxana quraşdırmaq qərarına gəldilər.

“Özünüz yaxşı bilirsiniz, insanlar Elmlər Akademiyasında, universitetdə işləyirlər, 250-300 manat maaş alırlar və bu quraşdırılma bizim qonşularımızın büdcəsi üçün ağır zərbə idi”, – sakinlər şikayətlənib və bildiriblər ki, ötən il də istiliyi müəyyən edildiyi vaxtdan gec veriblər.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Onun sözlərinə görə, istilik sisteminə görə onlardan anlaşılmaz məbləğ tələb edirdilər – mənzilin hər kvadrat metrinə görə 1 manat.

“Uzun sürən müzakirələrdən sonra qiyməti 50 qəpiyə endirməyə razılaşdılar, baxmayaraq ki, şəhərdə belə məbləğ yoxdur. Qanunvericiliyə əsasən, bildiyim qədəri ilə, bu qiymət 32 qəpik olmalıdır”, – E.Əliyev bildirib. 

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Qaz sayğaclarındakı problemlərə toxunan zaman o deyib ki, bu günə qədər sayğaclar quraşdırılmayıb. 

“İndi “Gilan İnşaat” yeni variant fikirləşiblər – onlar haradan alındığı məlum olmayan naməlum sayğaclar quraşdırıb, bunlar “Azərişıq” laboratoriyasından keçməyib. İndi onlar bu sayğacın üzərindəki göstəriciyə uyğun olaraq, elektrik pulu yığmaq istəyirlər. Qonşular haqlı şəkildə qəzəbləniblər. Axı biz bilmirik ki, laboratoriyadan keçməyən sayğaclarla qiyməti necə hesablayacaqlar”, – sakinlər bildirib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

O əlavə edib ki, indi şirkət dekabrın 1-dək onların quraşdırdığı sayğaclar üzrə müəyyən edilmiş qiymətləri ödəməyən şəxslərin elektrik enerjilərini dayandırmaqla hədələyir. 

“Mənə sadəcə maraqlıdır ki, “Gilan İnşaat”ın nümayəndələri hesabı bizə necə təqdim edəcəklər, bu necə görünəcək? Və bildiyim qədəri ilə, buna görə cinayət məsuliyyəti var, çünki ölkəmizdə “Azərişıq”dan başqa heç kim elektrik enerjisinin satışı ilə məşğul ola bilməz”, – E.Əliyev qeyd edib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Onun sözlərinə görə, sakinlər hələ də lazımi sənədlərlə təmin edilməyib, ancaq Nazirlər Kabinetinin bu bina ilə bağlı sərəncamında məsələyə xüsusi diqqət yetirilib. 

“Nəinki çıxarış, hətta heç bir müqavilə yoxdur. Hər birimizin əlində bir neçə il əvvəl Nazirlər Kabinetindən deyil, FHN-dən verilən zəmanət məktubumuz var”, – sakinlər əlavə edib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

E.Əliyevin sözlərinə görə, əvvəllər göstərilmiş müddəalardan heç biri yerinə yetirilməyib.

“Və gündən-günə biz daha böyük şantajla üzləşirik”, – o əlavə edib. 

Sakinlər qeyd ediblər ki, onlar Nazirlər Kabinetinə rəsmi məktub ünvanlasalar da, cavab almayıblar.

“Məktubun surəti FHN-ə də göndərilib, ancaq onlardan da cavab gəlməyib”, – o bildirib. 

“Biz bir neçə dəfə “Gilan İnşaat” rəhbərliyi ilə görüşməyə cəhd etmişik, ancaq nəticəsiz qalıb. Biz iki dəfə şirkətin hüquqşünası ilə görüşmüşük və o, bizə yüksək vədlər verib”, – bina sakini deyib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Binanın digər sakini P.Qurbanov bildirib ki, binaya hələ də kondisioner sistemi quraşdırılmayıb, ancaq quraşdırmağı vəd etmişdilər. 

Sakin R.Məmmədov binanın şimal hissəsində yerləşən mənzilinin divarından su axmasından şikayətlənib. 

“Tikinti planına uyğun olaraq, bu mənzildə gözəl görünmə üçün çoxlu şüşə olmalıdır, ancaq düşünülmüşdü ki, eyni zamanda kondisioner sistemi və keyfiyyətli divarlar nəzərdə tutulmuşdu. Qonşuların çoxu evinə qızdırıcı cihaz qoyub. İş burasındadır ki, mənim buna imkanım yoxdur. Şaxta o qədər ensizdir ki, hətta ora istilik borusu yerləşmir”, – sakin qeyd edib. 

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Onun sözlərinə görə, binaya köçdükdən sonra binanın girişləri bağlı olub, həyətində isə işıq olmayıb.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

“Bir dəfə təcili yardım xidmətinin əməkdaşları liftdə qalmışdılar, onda mən az qala ölmüşdüm, ürəyimdən ağrı verirdi. İkinci dəfə mühafizəçi özünü itirdi və təcili yardımı içəri buraxmaq istəmirdi. Üçüncü dəfə isə təmir zamanı boru mənim həyat yoldaşımın ayağına düşdü. Biz bütün bunları qeydə almışıq. Hamımız azərbaycanlıyıq və bir-birimizə hörmət edirik. Heç yerə şikayət etməmişdik, çünki təzə köçmüşdük və buna sevinirdik. Ancaq iki ildir ki, bina tam təmir edilməyib. Azərbaycanlılar demişkən, hətta düşmən belə etmir. Hələlik gözləyirik. Biz nə edə bilərik”, – R.Məmmədov deyib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

O qeyd edib ki, binada təhlükəsizlik sistemi sıfır vəziyyətindədir. 

Öz növbəsində Ş.Mustafayev bildirib ki, sakinlər elektrik enerjisinə görə pulları ödəməkdən qaçmırlar. 

“Hər şey qanun çərçivəsində olmalıdır. Normal sayğac quraşdırın, biz də ödəyək. Mənə rəsmi mənzil verin, gedim və elektrik enerjisinə görə borcumu ödəyim”, – o deyib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Onun sözlərinə görə, 65 yaşı var, ancaq qeydiyyatı yoxdur.

“Mən səfiləm. Mənim qeydiyyatım polisdədir”, – Ş.Mustafayev əlavə edib.

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

Tikintisi yarımçıq qalmış binanın sakini: Bir dəfə təcili yardım həkimləri liftdə qaldı, az qala ölmüşdüm

www.ÇıxışYolu.Com