cbe6d14e-cf54-4abb-8668-de243dc1773d..jpg

“TikTok”da bir-birilərini söydülər, Bakıdan Şəmkirə “söhbət”ə getdi, əlini bıçağa atdı

Baxış sayı: 568 dəfə baxılıb.

“TikTok”da bir-birilərini söydülər, Bakıdan Şəmkirə “söhbət”ə getdi, əlini
bıçağa atdı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada
təqsirləndirilən Qasım Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 31 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində
qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Qasım Qasımovla olaydan təxminən
7-8 ay əvvəl, istintaqa məlum olmayan tarixdə həmkəndlisi, zərərçəkmiş Valeh
Məmmədovun (şərti) ailəsi arasında münaqişə yaranıb. O, 2023-cü ilin 25-26 mart
tarixlərində “TikTok” sosial şəbəkəsində olan şəxsi istifadəsindəki profilindən
qarşılıqlı olaraq zərərçəkmişlə bir-birilərinə nalayiq ifadələr işlədib.

Daha sonra Qasım Valehin dəvəti ilə görüşüb məsələyə aydınlıq gətirmələri
məqsədilə 31 mart 2023-cü il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlib. O,
həmin gün saat 19 radələrində Şəmkir rayonu, Kür qəsəbəsinin girişində yerləşən
“Üç yol” adlanan ərazidə zərərçəkmiş şəxslə görüşüb, bir neçə gün əvvəl ona
nalayiq ifadələr işlətməsinə iradını bildirib. Bu zaman onların arasında
mübahisə yaranıb. Daha sonra Valeh Qasımın sol gözünün alt hissəsinə yumruqla
bir neçə dəfə qəsdən vurub. Zərərçəkmişin tanışları onları ayırıblar. Daha
sonra tərəflər Şəmkir rayonu, Keçili kəndinin ərazisindən keçən Şəmkir çayın
yaxınlığında görüşmək qərarına gəliblər. Həmin tarixdə, saat 20 radələrində
Qasım yeznələri ilə birlikdə qeyd olunan əraziyə gedib. Zərərçəkmiş şəxs də ora
tanışları ilə birlikdə yollanıb. Yenidən dava zamanı Qasım üzərində olan
bıçaqla Valehi qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib. Xəstəxanaya
çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. İstintaq dövründə Qasım
Qasımovun barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilib.

Source link