1b2561b4-3605-4f55-89ff-f10705622063..jpg

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb – FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini
saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən Məhərrəm Rüstəmli saxlanılıb.

Onun avtomobilinə baxış zamanı altı kiloqram marixuana aşkar edilib.
M.Rüstəmlinin narkotiki “TikTok” platformasında tanış olduğu İran vətəndaşından
satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon
ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Source link