Tima adlı ayı matçın açılışını etdi – VİDEO

Tima adlı ayı matçın açılışını etdi – VİDEO

Baxış sayı: 3. 146 dəfə baxılıb.

Futbol üzrə Rusiya çempionatının II Divizionunun cənub zonasında keçirilmiş XXVII turun “Maşuk-KMV” – “Anquşt” matçı öncəsi maraqlı hadisə baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, Pyatiqorskda keçirilmiş oyunun açılışını Tima ləqəbli ayı edib.

Tima təlimçi tərəfindən stadiona gətirilib. O, meydanın kənarında arxa pəncələri üstə oturaraq, bir neçə dəfə əl çalıb. Matçın açılışı zamanı isə ayı topu baş hakimə verib.

Qeyd edək ki, görüş İnquşetiya təmsilçisi olan “Anquşt”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

S.T.
www.ÇıxışYolu.Com