8661f136-51dd-4ae0-8efe-2919d47f4806..jpg

Timor-Leste prezidenti İlham Əliyevi təbrik etdi

Baxış sayı: 432 dəfə baxılıb.

Timor-Leste prezidenti İlham Əliyevi təbrik etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki,
təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Timor-Leste Demokratik Respublikası adından və şəxsən öz adımdan ən səmimi
təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə təkcə Sizin prezidentlik səlahiyyətinizin davamı deyil, həm də
Azərbaycanın gələcəyi naminə Zati-alinizin liderliyinə və strategiyasına
göstərilən etimadın təzahürüdür. Sizin dövlətə xidmətdə əldə etdiyiniz
nailiyyətlər və fədakarlığınız ölkənizin inkişafına və rifahına olan
sadiqliyinizin təsdiqidir.

Ötən ilin mart ayında Zati-alinizlə X Qlobal Bakı Forumunda iştirakım
çərçivəsində keçirilən tarixi görüşü böyük məmnunluq hissi ilə xatırlayıram. Bu
görüş xalqlarımız arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin
dərinləşməsinə təkan verib.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində biz Azərbaycan Respublikasının
Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə böyük potensiala
malik mühüm sahələrdə, xüsusilə də təbii sərvətlərin istismarında,
infrastruktur, gübrə istehsalı və təhsil sahələrində yeni investisiyalar,
layihələr və tərəfdaşlıqlar həyata keçirə biləcəyik.

Biz yalnız Qoşulmama Hərəkatı çərçivəsində deyil, həm də Ümumdünya Ticarət
Təşkilatına (ÜTT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN)
inteqrasiya səviyyəsində Timor-Leste ilə Azərbaycan arasında ikitərəfli və
çoxtərəfli əlaqələrin qarşılılıqlı maraqlarımız naminə möhkəmləndirilməsinə,
əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə sadiqliyimizi bir daha
vurğulayırıq.

Qoy Zati-alinizin yeni mandatı Azərbaycan xalqına daha böyük nailiyyətlər,
davamlı inkişaf və firavanlıq gətirsin! Bu ilin sonunda BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına – COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən
təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram. Bir
daha Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Source link