CAR-da Krüqer milli parkında zürafə ilə timsahın ölüm-dirim savaşı sosial şəbəkələrdə böyük marağa səbəb olub.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, videoçarx safari zamanı bələdçi tərəfindən lentə alınıb.
“Zürafə ayağa qalmağa çalışırdı, elə bu an, 4-5 metr uzunluqda nəhəng timsah peyda oldu, dərhal onun ayaqlarından yapışdı. Zürafə heç cür ayağa qalxa bilmirdi, rəqibinin ağır çəkisinə görə yıxılırdı. Belə timsahların çəkisi bir neçə ton ola bilir.” deyə bələdçi verdiyi açıqlamada bildirib.
Bələdçinin sözlərinə görə, turistlər bir saata yaxın zürafənin timsahdan xilas olma səylərini kənardan izləyib. Uzun mübarizədən sonra timsah zürafəni dişləri arasından buraxsa da, sonuncu ayağından aldığı yaraya görə irəliləyə bilməyib.
Bütün bu gedişatı diqqətlə izləyən şirlər, timsahın kənarlaşmasından sonra zürafənin üzərinə atılıb.Bir gün ərzində şir sürüsü onu tamamilə yeyib qurtarır.