Almaniya Kansleri Angela Merkel istefa verməyə hazırlaşmır.
“Lenta.ru” xəbər verir ki, bu barədə Federal kanslerin şöbə müdiri Helge Braun açıqlama verib.
Onun sözlərinə görə, siyasətçi özünü yaxşı hiss edir və vəzifə müddətinin sonuna – 2021-ci ilə qədər işində qalacaq.
Qeyd edək ki, bir neçə dəfə görüşlər zamanı titrəmə tutan Merkelin ciddi xəstəliyi olmasından şübhələnilsə də, bununla bağlı rəsmi bir açıqlama verilməyib.
Onun ilk titrəməsi iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə tutmuşdu. İkinci dəfə iyunun 27-də Almaniya dövlət başçısı Frank-Valter Ştaynmayerlə görüş zamanı titrəyən Merkel, iyulun 10-da Finlandiya prezidenti Antti Rinne ilə rəsmi görüşdə də titrəməsinə əngəl ola bilməmişdi.
Əlavə edək ki, ötən gün Angela Merkelin 65 yaşı tamam olub.