3c4ba9ee-37aa-442c-b8bb-a77f95ecf2cb..jpg

Tofiq Ağababayev: “Təltif olunduğumu sizdən eşitdim” – AÇIQLAMA

Baxış sayı: 448 dəfə baxılıb.

Tofiq Ağababayev: “Təltif olunduğumu sizdən eşitdim” – AÇIQLAMA

“Şöhrət” ordeni ilə təltif olunduğumu sizdən eşitdim”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət”
ordeni ilə təltif olunan Xalq rəssamıTofiq Ağababayev deyib.

Rəssam mükafatın onun üçün gözlənilməz olduğunu bildirib:

“Zəng edib təltif olunduğumu dedilər. “Şöhrət” ordeni ilə təltif olunduğumu
sizdən eşitdim. “Şöhrət” ordeni böyük ordendir. Siz dediyiniz zaman təəccüb
hissi keçirdim. Bu, mənim üçün ani oldu, təltif olunacağımı gözləmirdim.

Dövlətimizin, ölkə başçısının diqqətində olmaq gözəl hissdir, fərəhləndim. Bu,
sənətə, işə qiymət verilməsidir. Yüksək səviyyədə qəbul edirəm. Hər kəsə
minnətdaram, uğurlar arzulayıram”.

Qeyd edək ki, rəssamı Tofiq Ağababayev 1992-ci ildə Azərbaycan Respublikasının
Əməkdar İncəsənət Xadimi, 2007-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı
adına layiq görülüb.

Nəzrin Vahid

Source link