39f2a05f-5ed1-446c-8af0-deaae1f5f5b4..jpg

Tofiq Kazımovun 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Baxış sayı: 660 dəfə baxılıb.

Tofiq Kazımovun 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi
haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az
məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti
Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata
keçirəcək.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət
mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu
Kazımovun anadan olmasının 100 ili tamam olur.

Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq
Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə
əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa
müvəffəq olub və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni
nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin
diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla
mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun hazırladığı və
ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür
tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə
seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb,
respublikanın mədəni həyatında hadisəyə çevrilib. Sənət xəzinəmizin qızıl
fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların
formalaşmasında əhəmiyyətli rol oynayıb.

Source link