f7c578d6-a43b-477b-93c3-c79ac018a0c0..jpg

Tofiq Musayev: “Azarkeşlər qan görmək istəyirlər” – VİDEO

Baxış sayı: 688 dəfə baxılıb.

Tofiq Musayev: “Azarkeşlər qan görmək istəyirlər” – VİDEO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabli
ilə keçiriləcək görüş barədə fikirlərini bölüşüb.

Cixisyolu.com xəbər verir ki, yüngül çəkidə (70kq) mübarizə aparan idmançı turnirdə
tarix yazmaq arzusunda olduğunu söyləyib:

“Hər bir idmançının arzusudur ki, böyük liqalarda döyüşsün. Çətin olacağını
bilirəm. Nəyin bahasına olursa-olsun uğura çatmaqdan ötrü əlimdən gələni
edəcəyəm. Hazırda biz sırf Qran-priyə, qarşıdakı döyüşə fokuslanmışıq. Şabli
ayaq üstə yaxşı döyüşür, əl və ayaq zərbələri yaxşıdır. Güman edirəm ki, yaxşı
döyüşümüz olacaq. Azarkeşlər qan görmək istəyirlər. Biz də çalışacağıq ki, ayaq
üstə maraqlı döyüş göstərək. Mənim üçün böyük səhnədir. Tarix yazan
idmançıların sırasında olmaq istəyirəm”.

Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-nin San-Xose
şəhərində keçiriləcək. “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.
İndiyə qədər Şabli MMA-da keçirdiyi 25 görüşdə 22 qələbə, Musayev isə 22
döyüşdə 18 qələbə qazanıb.


Source link