2cf4798f-2979-4ef4-a480-451878a338ff..jpg

Tofiq Musayev və dostları Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər – TƏFƏRRÜAT

Baxış sayı: 491 dəfə baxılıb.

Tofiq Musayev və dostları Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə
döyüblər – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və
tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və
Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinim yeni təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda
təşkil etdiyi şou mərasimi zamanı yaranıb.

Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər
digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər.

Daha sonra onu paltar-dəyişmə otağına apararaq onun idman karyerasını
sonlandırmaq üçün onun şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun
idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz
vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.

Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki nəfər
barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Source link