Tofiq Musayev və Mehman Məmmədov saxlanıldı: Daha dörd idmançı isə həbs olundu
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş
məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq
hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb
ediliblər.
APA-nın xəbərinə görə, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət
işi üzrə dörd nəfər həbs olunub, iki nəfər barəsində digər qətimkan tədbirləri
seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa
digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq
hərəkətləri davam etdirilir.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev,
R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq
ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri
törətməkdə ittiham olunurlar.