7ec0217a-0b44-46ab-bdda-3e61a723528b..jpg

Tofiq Musayev zədələnib nokauta düşdü – VİDEO

Baxış sayı: 719 dəfə baxılıb.

Tofiq Musayev zədələnib nokauta düşdü – VİDEO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr
Şabliyə məğlub olub.

Cixisyolu.com xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya
Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə
səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü
raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.

Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin
San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ
dollarıdır.


Source link