9cc3c454-6b0a-4b49-bed5-34c70d853c23..jpg

Tofiq Musayev zədəsini sağaldıb: “Növbəti döyüşüm ya ABŞ, ya da Yaponiyada olacaq”

Baxış sayı: 809 dəfə baxılıb.

Tofiq Musayev zədəsini sağaldıb: “Növbəti döyüşüm ya ABŞ, ya da Yaponiyada
olacaq”

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb.

Bu barədə Cixisyolu.com saytına açıqlamasında 34 yaşlı idmançı özü məlumat verib:

“Aleksandr Şabli ilə döyüşdən sonra Bakıya qayıdıb müalicəyə başlamışdım.
Artıq yaxşıyam. Məşqlərə başlamışam və yaxın gələcəkdə döyüşməyə tam hazır
olacağam”.

T.Musayev növbəti döyüşünün vaxtının dəqiq bəlli olmadığını bildirib:

“İyun və ya iyulda “Bellator”da döyüşməliyəm. Döyüş ya ABŞ, ya da Yaponiyada
olacaq. Hansı proqram məsləhət bilinsə, ora gedəcəyəm”.

Qeyd edək ki, Tofiq Musayev dünya Qran-prinsinin 1/4 final mərhələsində
Aleksandr Şabli ilə döyüşdə zədələnib texniki nokautla məğlub olmuşdu.

Faiq Tahirov

Source link