0ea1593f-5615-44d8-b799-0766a0cda75f..jpg

Tofiq Musayevlə Nəriman Abbasovun rəqibləri açıqlandı

Baxış sayı: 384 dəfə baxılıb.

Tofiq Musayevlə Nəriman Abbasovun rəqibləri açıqlandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçülərinin “Rizin”
turnirindəki növbəti rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz Vüqar Kərəmov, Tofiq Musayev və
Nəriman Abbasov noyabrın 4-də “Rizin” çərçivəsində Bakıda təşkil olunacaq
“Landmark 7” turnirində qüvvəsini sınayacaqlar.

Milli Gimnastika Arenasında keçiriləcək turnirin əsas döyüşündə Kərəmov
yaponiyalı Çihiro Suzukini sınağa çəkəcək. İki ay öncə dünya çempionu kəmərinə
yiyələnən idmançımız titulunu qorumaq üçün mübarizə aparacaq.

Musayevin də rəqibi Yaponiya təmsilçisi olacaq. O, Toji Takeda ilə döyüşəcək.
Abbasov isə rusiyalı Ali Abdulxalikovu sınağa çəkəcək.

Source link