Tofiq Yaqublunun həbs müddəti uzadıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun həbs qətimkan tədbirinin
uzadılması işinə baxılıb.
“Report” xəbər verir ki, onun barəsində iki aylıq həbs qətimkan tədbiri
seçilib.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli
miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və
bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə
4 aylıq həbs qətimkan tədbiri seçilib.