Toğrul İsmayıl: “Bakı və Ankaranın razılığı olmadan regionda heç nə həll
olunmur” – Türkiyədən ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu həftə mühüm hadisə baş verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun
illərdən sonra ilk dəfə Yunanıstana səfər edib və Afina Bəyannaməsi imzalanıb.
Görünən odur ki, sənəddə ən mühüm məqamlardan biri Türkiyə və Yunanıstanın
regionda sülhün və sabitliyin qorunmasına xələl gətirə biləcək hər hansı
bəyanat, təşəbbüs və hərəkətlərdən çəkinmək öhdəliyi idi.
Məsələ burasındadır ki, İrəvanda və Afinada tez-tez Azərbaycana və Türkiyəyə
qarşı yönəlmiş Yunanıstan-Kipr-Ermənistan ittifaqının yaradılmasından
danışılırdı. Bəs hazırda bu mövzu aktuallığını nə dərəcədə saxlayıb?
Türkiyəli politoloq, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru
Toğrul İsmayılCixisyolu.com
verib.
O, vaxtilə Azərbaycanda işləyəndə Yunanıstan siyasətindən yazdığını xatırladıb.
“1990-cı illərin sonunda Yunanıstanın Baş Qərargah rəisi İrəvana getdi və
orada dedi ki, ermənilərin dostları yunanların dostudur, Ermənistanın
düşmənləri isə Yunanıstanın düşmənidir. İstər Fransada, istərsə də başqa
ölkələrdə ümumən Azərbaycan və Türkiyəyə qarşı antitürk xarakterli bəyanatlar
səsləndirilib və buna davam edilir”, – deyə politoloq bildirib.
Bununla belə, ekspert hazırda regionda vəziyyətin dəyişdiyini vurğulayıb.
“44 günlük müharibədən sonra Ermənistan itirə biləcəyi hər şeyi uduzdu.
Azərbaycan isə iqtisadi, hərbi, siyasi və diplomatik mövqelərini
möhkəmləndirib. Bundan əlavə, Azərbaycan və Türkiyə tərəflərinin imzaladığı
Şuşa Bəyannaməsi Azərbaycanın regiondakı rolunu daha da gücləndirib. Bu gün
Cənubi Qafqazda Bakı və Ankaranın razılığı olmadan heç nə həll olunmur. Bunu
Rusiya, Avropa və ABŞ-də yaxşı başa düşürlər”.
Politoloq bu səbəbdən hamının ən zəif və uğursuz oyunçu olan Ermənistan
vasitəsilə vəziyyətə birtəhər təsir etməyə çalışdığını, ancaq bu oyunun
Ermənistan üçün ən faciəvi şəkildə bitə biləcəyini qeyd edib.
O, həmçinin, Bakı və Ankaranın Ermənistan ətrafında baş verənləri diqqətlə
izlədiyini bildirib.
“Yunanıstana gəlincə isə İrəvan vasitəsilə, çətin ki, nəyəsə nail olsun. Afina
Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinə və Rusiyanın maraqlarına (axı
indiki Yunanıstan artıq Moskvanın tərəfdaşı deyil) müqavimət göstərə
bilməyəcək”, – deyə Toğrul İsmayıl vurğulayıb.
Nair Əliyev