7ce068e5-c58f-445d-8a7c-d7057af2c938..jpg

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” – FOTO

Baxış sayı: 651 dəfə baxılıb.

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol
oynayır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında
Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai
məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq
Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər
çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin
həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən
müəyyən məbləğ ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin
(TOKİ) rəhbəri Ömer Bulut mediaya açıqlama verib.

İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb.

Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir:

“Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Kahramanmaraşın Azərbaycan
məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması
işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulut və Azərbaycan Mənzil İnşaatı
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış
olublar. Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngörün də
iştirak etdiyi əraziyə baxış zamanı Bulut və Sadıqov tikintiyə cavabdeh
şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulut bildirib ki,
Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam
edir”.

“Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim
ediləcəyi bildirilib.

“İhlas Xəbər Agentliyi”nin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan
məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu
ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan
Azərbaycan Kahramanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun
yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq
məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”.

Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya
əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla
bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq
başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə
verməkdir.

Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il
sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının
Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və
mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi
barədə Qanunu imzalayıb.

Source link