166da2f8-6a14-45c8-8912-0f4df8af6179..jpg

Tokioda sərnişin avialayneri hərbi-nəqliyyat təyyarəsi ilə toqquşdu: Ölənlər var – YENİLƏNİB + VİDEO

Baxış sayı: 534 dəfə baxılıb.

Tokioda sərnişin avialayneri hərbi-nəqliyyat təyyarəsi ilə toqquşdu: Ölənlər
var – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokionun Haneda hava limanına eniş edən “Japan Airlines”ə məxsus sərnişin
avialayneri Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə
toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

Bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, “JAL-516”da ümumilikdə 367 sərnişin olub. Onların hamısı
təxliyə ediliblər.

Sosial şəbəkələrdə yanan təyyarənin göyərtəsindən kadrlar paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

14:01

Tokionun Haneda hava limanında uçuş-enmə zolağında Yaponiya Hava Yollarına
məxsus sərnişin təyyarəsi yanır.

Məlumata görə, təyyarənin mühərriklərindən biri alışıb.

Alovun eniş anında başladığı qeyd edilir. Hazırda yanğının söndürülməsi
istiqamətində işlər aparılır.

Ehtimallara görə, hava gəmisində 300 sərnişin ola bilər, onların taleyi ilə
bağlı hələlik məlumat yoxdur.

Mənbə: NHK

Source link