bcde737d-baf8-4ea7-8536-d77429136c1a..jpg

Tokioda tullantıların toplanması üzrə ilk Dünya Kuboku keçirilib – FOTO/VİDEO

Baxış sayı: 531 dəfə baxılıb.

Tokioda tullantıların toplanması üzrə ilk Dünya Kuboku keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 24-də Yaponiyada ilk “SpoGomi” Dünya Zibil Toplama Çempionatı
keçirilib. Burada dünyanın hər yerindən 21 komanda iştirak edib.

“SpoGomi” adı “idman” abbreviaturasının yaponca zibil – “qomi” sözü ilə
birləşməsindən yaranıb. Müsabiqə təşəbbüsü isə ekoloji problemlər, xüsusən də
okeanlardakı plastik çirklənmə barədə məlumatlılığın artırılmasına yönəlib.

Bütün komandalar zibilləri sürətlə yığıb çeşidləyərək qələbə üçün qızğın
mübarizə aparıblar. Lakin bu dəfə “ən təmiz” komanda Böyük Britaniyanın “North
Rise Again” komandası olub, 57,27 kiloqram zibil yığaraq 9046,1 xal qazanıb.
İngilislərin ən yaxın təqibçiləri Yaponiya komandası olub.

“Bir çox başqa komandalar bəlkə də daha ekoloji və daha az idmana meylli
idilər və biz yəqin ki, əksinə idik. Lakin biz okeanlarımızı təmizləmək və
tullantıların miqdarını azaltmaq üçün çox şey öyrəndik”, – deyə çempion
komandanın kapitanı Sara Perri bildirb.

Müsabiqənin təşkilatçılarından biri Mitsuyuki Unno bu tədbir üçün iki məqsəd
müəyyən edib: birincisi, dəniz tullantıları problemindən hələ xəbəri olmayan
insanları okeandakı zibillə bağlı vəziyyətdən xəbərdar etmək, İkincisi isə, bu
problemdən xəbərdar olan və hərəkətə keçmək istəyən insanlara imkan yaratmaq.

Qeyd edək ki, ikinci dünya çempionatının 2025-ci ildə keçirilməsi
planlaşdırılır.

Mənbə: sportmk.ru


Source link