b612ab51-4b63-4703-a3d2-ec7463cd75ff..jpg

Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb

Baxış sayı: 481 dəfə baxılıb.

Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Tom Holland “Marvel” komiks və kino aləmindən “Hörümçək adam” roluna
qayıtması üçün şərtləri açıqlayıb.

Hollandın sözlərinə görə, o, dördüncü dəfə “Hörümçək adam” rolunu ancaq
layiqli ssenari olduğu halda oynayacaq.

“Bircə onu deyə bilərəm ki, personajımın dördüncü dəfə ortaya çıxmasının
potensial olaraq necə görünə biləcəyi ilə bağlı danışıqlarda fəal iştirak
edirik. Personajı layiqincə canlandırmağın bir yolunu tapıb-tapmayacağımız isə
bir başqa məsələdir”, – deyə o bildirib.

Holland qəhrəmanına çox diqqətli yanaşdığını vurğulayıb.

“Mənim bəxtim gətirdi ki, biz hər bir filmlə daha yaxşı və daha uğurlu olan
bir franşiza üzərində işləmişik, buna isə nadir hallarda rast gəlinir və mən bu
mirası qorumaq istəyirəm. Odur ki, rolumu bir daha sadəcə bunu etmək naminə
etməyəcəyəm. Hər şey personaja layiq olmalıdır”, – deyə o, əlavə edib.

Mənbə: gazeta.ru

Source link