134fe325-b119-43e5-9c4a-3867f48b31cb..jpg

Tom Kruz böyük uşaqları ilə ilk dəfə ictimaiyyət qarşısında görüntülənib – FOTO

Baxış sayı: 444 dəfə baxılıb.

Tom Kruz böyük uşaqları ilə ilk dəfə ictimaiyyət qarşısında görüntülənib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmandan övladlığa
götürdüyü böyük uşaqları ilə ictimaiyyət qarşısına çıxıb.

Fotoşəkli “Tampa Bey Bakkanyers”in keçmiş müdafiəçisi Derrik Brouks paylaşıb.

O, komandasının “Florida Panterz” ilə hokkey oyunundan əvvəl şəxsi səhifəsində
paylaşım edib. İdmançı oyundan əvvəl Tom Kruzun onların ofisinə gəlməsindən
heyrətləndiyini bildirib.

Bu, Tom Kruzun iki övladı ilə birlikdə çəkdirdiyi məlum olan yeganə
fotoşəklidir. Aktyor sonuncu dəfə 2009-cu ildə Los-Ancelesdəki futbol matçında
qızı İzabella və oğlu Konnorla şəkil çəkdirib.

Xatırladaq ki, Tom Kruz və Nikol Kidmanın boşanmasından sonra aktyor
uşaqlarının gənclik və yetkinlik dövründə onlarla yaxın münasibət saxlayıb.
Kruz və Kidman 1990-cı illərin əvvəlində aktrisa uşaqlıqdankənar hamiləlik və
dölsalma yaşamasından sonra Konnor və İzabellanı övladlığa götürüblər.

Mənbə: kp.ru

Source link