Tom Kruzun Elsina Xayrovadan ayrılmasının səbəbi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hollivud aktyoru Tom Kruz sevgilisi Elsina Xayrova ilə keçmiş əri, iş adamı
Dmitri Svetkova görə ayrılıb.
“Onlar sadəcə olaraq vaxtaşırı xoşagəlməz bir şey tapıb çıxaran keçmiş ərdən
uzaq olmaq istəyirdilər”, – deyə insayder bildirib.
Dmitri Svetkov verdiyi müsahibədə Kruza xəbərdarlıq edib ki, keçmiş həyat
yoldaşı yaxşı həyatı sevir və o, pulqabısını geniş açmalı olacaq. O, 11 illik
evliliyi zamanı keçmiş sevgilisi üçün geyimə 12 milyon dollardan çox, çantaya
isə təxminən 2,5 milyon dollar xərclədiyini və boşanma nəticəsində təxminən 200
milyon dollar itirdiyini bildirib.
Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant
oliqarxı kimi tanınan iş adamının keçmiş həyat yoldaşıdır. Tom Kruzun rus
qadınla münasibəti ilə bağlı şayiələr ötən ilin dekabrında ortaya çıxıb. Aktyor
və keçmiş model Londonda gizli görüşdə fotosessiyaya çəkiliblər. Jurnalistlərin
dediyinə görə, Tom Kruz Elsina ilə çay süfrəsində tanış olub.
Mənbə: Gazeta.ru