Tomas Lagerlöf: “Musa Qurbanlının depressiyaya düşdüyü hiss olunur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf komandasının
azərbaycanlı hücumçusu Musa Qurbanlının oyunlarda meydana çıxmamasının səbəbini
açıqlayıb.
O, futbolçuda ruh düşkünlüyünün olduğunu deyib.
Belə ki, klub ötən yay transfer etdiyi “Qarabağ”ın hücumçusu və Azərbaycan
millisinin futbolçusu olan Musa Qurbanlıya böyük ümidlər bəsləyib.
Lakin futbolçu bu il İsveç Kubokunun qrup mərhələsinin ilk iki oyununda iki,
“Allsvenskan” premyerasında isə bir oyunla kifayətlənməli olub. Son iki oyunda
isə rəqabət səbəbindən ona ehtiyat oyunçular skamyasında belə yer verilməyib.
Baş məşqçi Tomas Lagerlöf bunun hücumçu üçün ağır bir zərbə olduğunu etiraf
edib.
“Aydındır ki, onun üçün çətindir. Ardıcıl iki oyunda heyətdən kənarda qalmaq
kədərli haldır. Bu, rəqabətli bir vəziyyət olacaq və sonra seçim etməli
olacağıq”, – deyə Lagerlöf bildirib.
“O, mübarizə aparmağa davam edir, lakin hazırda bir az depressiyaya düşdüyü
hiss olunur.
Mən tam əminəm ki, o özünə gələcək. Bunun çətin olduğunu başa düşürəm və
hamımız onunla birlikdə həyəcan keçiririk”, – deyə Lagerlöf qeyd edib.
Qurbanlı özü isə bu çətin dövrdə öz səviyyəsini və əhvalını qorumağa
çalışdığını deyib.
“Futbolda bəzən oxşar vəziyyətlər yaranır. Hər kəs bunu yaşaya bilər. Mən
həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Mən çox
işləyirəm”, – deyə o bildirib.
Mənbə: fotbollskanalen.se