Tonlarla Azərbaycan soğanı Rusiyaya buraxılmadı

Tonlarla Azərbaycan soğanı Rusiyaya buraxılmadı

Baxış sayı: 2. 619 dəfə baxılıb.

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilmə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər. 

ÇıxışYolu.Com “Daqestanskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı idarənin mətbuat xidməti məlumat yayıb. 

Məlumatlara görə, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub. 

Faktla bağlı yük sahibinə qarşı “Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması” maddəsi ilə protokol tərtib olunub. 

Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.

www.ÇıxışYolu.Com