9e1c1580-28b7-4bb9-888b-97f146d2d25c..jpg

Top-5 liqalarda ən çox uğurlu driblinq edən futbolçular

Baxış sayı: 391 dəfə baxılıb.

Top-5 liqalarda ən çox uğurlu driblinq edən futbolçular
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın Top-5 liqalarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa
çempionatlarında) 2023-cü ildə ən çox uğurlu driblinq edən futbolçular
müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” klubunun vingeri
Ceremi Doku başçılıq edir.

21 yaşlı belçikalının ötən il ərzində 133 driblinq cəhdi uğurlu alınıb. O, ən
yaxın izləyicisi olan Almaniyanın “Bavariya” klubunun üzvü Leroy Saneni (114)
19 driblinq qabaqlayıb. İlk üçlüyü İspaniya təmsilçisi “Atletik”in oyunçusu
İnaki Uilyams (110) qapayıb.

İspaniya nəhəngi “Real”ın braziliyalıları – Vinisius Junior (106) və Rodriqo
(101) – müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin yayında “Mançester Siti”yə Fransa “Renn”indən keçən
Ceremi Doku cari mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, üç qol, altı
məhsuldar ötürmə ilə yadda qalıb.

Source link