Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsində oğurluq olub.
ÇıxışYolu.Com Azərbaycan DİN-nin saytına istinadən xəbər verir ki, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
17-ci polis bölməsinin əməkdaşları çağırış daxil olduqdan sonra dərhal hadisə yerinə gəlib və “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 televizor, 2 noutbuk və müşahidə kamerasının oğurlandığını müəyyən edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala sakini, əvvəllər məhkumluğu olan Elçin Rəşidov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət işi açılıb. İstintaq aparılır.